Suriyada terrorçular hərbi təyyarəni vurublar

15 Avqust 2019 08:28

Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İdlib şəhərində terrorçular tərəfindən vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Suriya dövlət televiziyasına mənbə deyib.

Mənbə bildirib: "Məqsədi terrorçuların mövqelərini bomblamaq olan təyyarə raketlə vurulub".

Onun sözlərinə görə, pilotun taleyi naməlum olaraq qalır.

Milli.Az