Şəkidə dülgər sexi yanıb

15 Avqust 2019 08:08

Şəkidə yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şəki şəhərində ümumi sahəsi 90 m² olan dülgər sexinin qarşısına yığılan 20 ədəd stul və 10 m² sahədə taxta yonqarı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az