"Real" yeni transferini icarəyə göndərir

15 Avqust 2019 08:43

"Real" yeni transferi Luka Yoviçi icarəyə göndərə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun hazırlıqlar zamanı çıxışı baş məşqçi Zinəddin Zidanı qane etməyib. Bu səbəbdən Madrid klubunun serb oyunçunu icarəyə göndərmək istədiyi bildirilir.

Qeyd edək ki, L.Yoviç bu ilin iyununda 60 milyon avroya "Ayntraxt"dan "Real"a transfer olunub. O, "Kral klubu" ilə 6 illik müqavilə imzalayıb.

Milli.Az