"Roma"da yeni müqavilə

15 Avqust 2019 08:23

"Roma" futbolçusu Nikolo Zaniolo yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Zaniolo ötən mövsüm 36 matçda 6 qol vurub, 2 qolun ötürməsini verib.

Milli.Az