İki nəfər batmaqdan xilas edildi - Biri əcnəbidir

14 Avqust 2019 23:55

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şirvan və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər (onlardan 1 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Milli.Az