Timsah 10 yaşlı uşağı uddu

14 Avqust 2019 21:34

Filippinin Palavan əyalətində timsah 10 yaşlı uşağı yeyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin uşaq qayıqda öz qardaşları və bacısı ilə gedərkən timsah onlara hücum edib və uşağı aparıb.

Hadisə nəticəsində qayıqda olan digər uşaqlar xəsarət almayıb. Kənd sakinləri uşağın axtarışlarına çıxsa da bir nəticəsi olmayıb.

Milli.Az