Bakıda daha iki süni örtüklü meydança istifadəyə verilib - FOTO

14 Avqust 2019 18:37

Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmannasız olaraq uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, AFFA daha iki belə meydançanı istifadəyə verib.

Növbəti süni örtüklü meydançalar Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən Uşaq parkında və Mirvari parkında inşa olunub.

Milli.Az