Runi alkaqolu tərgitməyə qərar verdi

14 Avqust 2019 19:59

İngiltərənin "Derby Kounti" klubu ilə oynayan məşqçi kimi müqavilə imzalayan Ueyn Runi spirtli içkidən imtina etmək və ailə münasibətlərini qorumaq üçün mütəxəssis tutub.

Mlli.Az goal.az-a istinadən xəbər ki, 34 yaşlı hücumçu alkaqolu birdəfəlik tərgitmək niyyətindədir: 

"Runi ABŞ-da çox içdi və bu, həyat yoldaşı ilə problemlərə səbəb oldu. Axşamlar evdə içərək özünü məhv etdi. Ancaq özünü düzəltmək və sıfırdan başlamaq istəyir. Alkaqoldan imtina etməyin hər kəsə xeyir verəcəyini bilir". - mənbə bildirib.

Qeyd edək ki, Ueyn Runi daha əvvəl "Everton", "Manchester Yunayted" və "D.C. Yunayted"klublarının formasını geyinib.

Milli.Az