Tayson narkotik becərdi, Makqreqor təriflədi - "Ondan istifadə etmək mənim üçün şərəf idi"

14 Avqust 2019 18:24

Dünya şöhrətli boksçu Mayk Tayson narkotikə hər ay qırx min dollar xərclədiyini etiraf edib.

Mli.Az "ölkə.az"a istinadən xəbər verir ki, Tayson  köməkçisi Eben Brittondan marixuanaya ayda nə qədər vəsait xərcləməsi ilə maraqlanıb. Köməkçi isə cavabında  40 min dollar xərclədiyini deyib.  

Qeyd edək ki, 2018-ci ilin dekabrında Mayk Tayson Kaliforniyada  marixuana becərmək üçün 16 hektarlıq sahə əldə edib. Boksçu deyib ki, məqsədi təkcə marixuana becərmək deyil, eyni zamanda onun emalı üçün zavod açmaqdır.

Məşhur idmançının becərdiyi marixuanadan irlandiyalı döyüşçü Konor Makqreqor da istifadə edib. "Sənin Ko Kush ərazisində becərdiyin marixuana həqiqətən də ən yaxşıdır.  Ondan istifadə etmək mənim üçün şərəf idi" -K.Markqreqor deyib.

Milli.Az