Dünyaca məşhur repçi villasını 5 milyona satır

14 Avqust 2019 16:34

Dünyaca məşhur repçi Dr. Dre Los-Ancelesdəki villasını satışa çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, meşədə yerləşən və 1999-cu ildə 2, 3 milyon dollar aldığı malikanəsinə alıcı axtarır.

8 yataq, 13 hamam otağı, kinoteatrı, hovuzu, gözəllik salonu, lifti, SPA-sı, idman zalı və iki ədəd mətbəxi olan ev 5, 2 milyon dollar satılır.

Milli.Az