Sürücü maşınla borunu zədələdi, 615 ev qazsız qaldı - FOTO

14 Avqust 2019 14:14

Qusar rayonunun Balaqusar, Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini maşınla vurub zədələyiblər.

Bu barədə Milli.Az-a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, dünən axşam saat 16:50-dən həmin ərazinin qaz təchizatı daxildən dayandırılıb. Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.

Milli.Az