Cəbhə xəttində monitorinq baş tutdu

13 Aprel 2010 12:46
Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində keçirilən monitorinq zamanı insident qeydə alınmayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Riter Ki və Jaslan Nurtazin keçiriblər.

Milli.Az