"Hacı" Şəbnəm Tovuzluya mahnı bəstələdi: "Ömrüm..."

14 Avqust 2019 13:54

Müğənni Şəbnəm Tovuzlu münasibətdə olduğu şəxs barəsində danışıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sənətçi "hacı" kimi tanınan həyat yoldaşının ona mahnı həsr etdiyini deyib. "Hər şey daxil" verilişində qonaq olan Tovuzlu yoldaşının onun üçün mahnı oxuduğunu da etiraf edib: 

"Nazənin xanımın "Ömrüm, ad günün mübarək" mahnısını sevirəm. O mahnını bizim üçün oxuyub".

"Ömrüm, ad günün mübarək"in ifaçısı müğənni Nazənin isə Ş.Tovuzlunun dediklərini təsdiqləyib.

Qeyd edək ki, Ş.Tovuzlunun sözügedən iş adamıyla nikahından Əli adlı bir oğlu var.

Milli.Az