Məşhur aktyordan müjdəli xəbər: yeni layihə ilə gəlir

14 Avqust 2019 14:29

"Kim Milyoner Olmaq İstər" proqramının aparıcısı, məşhur aktyor Murad Yıldırım pərəstişkarlarını sevindirib.

Milli.Az xəbər verir ki, aktyor yeni serialda rol alacaq.

Onun tərəf müqabili uzun illərdir ki, heç bir layihədə yer almayan Sinəm Kobal olacaq. Serial "Show TV"də yayımlanacaq.

Qeyd edək ki, Murad Yıldırım son olaraq 2016-cı ildə Məryəm Üzərli ilə birlikdə "Gecənin kraliçası" layihəsində çəkilmişdi. (publika.az)

Milli.Az