Sara qadınları fahişəliyə sövq edirmiş

14 Avqust 2019 12:59

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Sara Cərullanın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmə hazırlıq iclası avqust ayının 19-na təyin olunub.

İttihama görə, Sara Cərulla bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb və orada kişi müştərilərlə intim əlaqəyə girməsini təşkil edib.

Bunun müqabilində o, maddi gəlir əldə edib. Cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Sara Cərulla barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Milli.Az