Fransa - Azərbaycan matçının vaxtı və yeri məlum oldu

14 Avqust 2019 12:34

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 10-da, Kale şəhərindəki "Stad de LEpopee"də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Milli.Az