“Neftçi” İsrailə yola düşdü

14 Avqust 2019 11:14

Sabah Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İsraildə "Bney Yehuda"nın qonağı olacaq "Neftçi" bu gün səhər saatlarında Təl-Əvivə yola düşüb.

Mlli.Az sport24.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" səfərə çarter reysi ilə yollanıblar.

Təmsilçimizin İsrailə Bakı vaxtı ilə saat 11-də çatacağı gözlənilir.

Qeyd edək ki, bu komandalar arasında sabah baş tutacaq cavab görüşü saat 21:00-da start götürəcək.

Milli.Az