Hövsan qızlarına söz atan gənclər POLİSƏ ÇAĞIRILDI - YENİLƏNİB - FOTO

14 Avqust 2019 12:47

12:47

Sosial şəbəkədə Hövsan sakinləri və bu kənddən olan qızlarla bağlı xoşagəlməz ifaədlər işlədən gənclərin şəxsiyyəti müəyyən edilib.

Milli.Az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin "Ölkə.az"-a dediyinə görə, sözügedən videogörüntüdəki şəxslər 2004-cü il təvəllüdlü Məmmədov Mehdixan və 1992-ci il təvəllüdlü Məmmədli İlkindir. E.Hacıyev bildirib ki, hər iki şəxs polis şöbəsinə gətirilərək, onlarla profilaktik söhbət aparılıb və hərkətlərinin qanuna zidd olduğu diqqətlərinə çatdırılıb. 

---------

10:14

Sosial şəbəkədə Hövsan sakinləri və xüsusən bu kənddən olan qızlarla bağlı xoşagəlməz ifadələr işlədən gənc cəzalandırılıb.

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, 20-25 yaşlı gənc, kənd camaatı tərəfindən tapılaraq ondan üzr istəməsi tələb edilib. Sözügedən şəxs kənd sakinlərinin tələbinə əməl edib:

"Özümdə olmamışam, nə demişəmsə özümə demişəm, nəslimlə qələt etmişəm. İnsan səhvini başa düşəndə çox peşman olur. Çox peşmanam. Analar, bacılar, xahiş edirəm, məni üzrlü sayın".

Qeyd: Videoda qeyri-etik ifadələr var olduğundan videonu təqdim etmirik.

Milli.Az