BAXCP-nin deputatlığa 70 namizədi məlumdur

13 Aprel 2010 12:18
Partiyanın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, bu gün BAXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda partiyanın seçkilərə hazırlığı məsələsi də müzakirə olunub. Baş katibi, seçki qərargahının rəhbəri Söhrab Abdullayev vahid namizədlər siyahısı ilə bağlı məlumat verib. O bildirib ki, namizədlərin müəyyənləşdirilməsi prosesi yekunlaşmayıb və seçkiyədək namizədlərin sayının artacağı gözlənilir. Seçki qərargahının rəhbəri deyib ki, bununla bağlı partiyanın seçki qərargahına BAXCP üzvlərinin və siyasi mənsubiyyəti olmayan şəxslərin müraciətləri daxil olur: "Biz eyni dairələr üzrə bir neçə namizədin olmaması üçün müraciətləri diqqətlə nəzərdən keçiririk".
    
BAXCP-nin parlament seçkilərində iştirak edəcək namizədlərinin vahid siyahısı partiyanın Ali Məclisinin sessiyasında təsdiq ediləcək. Ali Məclisin sessiyasının çağırılması ilə bağlı qərarın BAXCP İdarə Heyətinin növbəti iclaslarından birində qəbul ediləcəyi gözlənilir.
 
Milli.Az