Türkiyə İraqın şimalında 2 terrorçunu zərərsizləşdirdi

14 Avqust 2019 09:12

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Bildirilir ki, zərbələr nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Milli.Az