Kaliforniyada atışma: Ölən var

14 Avqust 2019 08:33

ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində polis ölüb, daha dörd nəfər yaralanıb.

Hadisə polisin avtomobili saxlayıb yoxlamasından sonra baş verib. Cinayətkar zərərsizləşdirilib.

Milli.Az