Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları keçirilib

14 Avqust 2019 07:14

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Qarabağ" - APOEL (Kipr) oyunu ilə yanaşı, III raundun daha 9 cavab matçı keçirilib.

Beləliklə, qarşılaşmalardan sonra APOEL (Kipr), "Rusenborq" (Norveç), "Brügge" (Belçika), "Dinamo" (Zaqreb, Xorvatiya), LASK (Avsrtriya), "Olimpiakos" (Yunanıstan), "Ayaks" (Hollandiya), ÇFR (Rumıniya), "Krasnodar" (Rusiya) və "Srvena Zvezda" (Serbiya) komandaları UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.

"Düdelanj" (Lüksemburq), "Slovan" (Slovakiya) və "Linfild" (Şimali İrlandiya) isə UEFA Avropa Liqasının play-mərhələsində oynaq hüququ qazanıblar.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırsa da, UEFA Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə (Şimali İrlandiya) qarşılaşacaq.

13 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsninin cavab oyunları

20:30. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr) - 0:2

İlk oyun - 2:1

21:00. "Rusenborq" (Norveç) - "Maribor" (Sloveniya) - 3:1
İlk oyun - 3:1

21:30. "Dinamo" (Ukrayna, Kiyev) - "Brügge" (Belçika) - 3:3
İlk oyun - 0:1

22:00. "Kopenhagen" (Danimarka) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (penaltilər seriyası - 6:7)
İlk oyun - 1:1

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:4
İlk oyun - 1:1

22:30. LASK (Avsrtriya) - "Bazel" (İsveçrə) - 3:1
İlk oyun - 2:1

22:30. "Olimpiakos" (Yunanıstan) - "Başakşəhər" (Türkiyə) - 2:0
İlk oyun - 1:0

22:30. "Ayaks" (Hollandiya) - PAOK (Yunanıstan) - 3:2
İlk oyun - 2:2

22:45. "Seltik" (Şotlandiya) - ÇFR (Rumıniya) - 3:4
İlk oyun - 1:1

23:00. "Portu" (Portuqaliya) - "Krasnodar" (Rusiya) - 2:3
İlk oyun - 1:0

Milli.Az