Gənc milyarder qadına yarım milyon dollarlıq - Hədiyyə

13 Avqust 2019 23:57

Dünyanın ən gənc qadın milyarderi olan Kayli Cenner 22 yaşını qeyd edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, sevgilisi və qızının atası Travis Skot milyarderi ad günündə hədiyyə yağışına tutub.

Gənc milyarder boyunbağı ilə çəkilən fotosunu sosial şəbəkədə paylaşıb. Brilyant qaşlarla bəzədilən zinət əşyasının yarım milyon dollar dəyəri olduğu bildirilir.

Kayli ad gününü qeyd etmək üçün 250 milyon dollarlıq yaxta kirayə tutub.

Milli.Az