Azərbaycanda insan alverində təqsirləndirilən qadın beynəlxalq axtarışa verildi

13 Avqust 2019 22:54

Azərbaycanda insan alveri cinayət əməllərinə görə təqsirləndirilən qadın "İnterpol" xətti ilə axtarışa verilib.

Bu barədə Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Belə ki, Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.

N.Kazımova "İnterpol" kanalları ilə beynəlxalq axtarışdadır.

Milli.Az