Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən 30-cu km-də qəza baş verib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, idarə etdiyi kiçik tonnajlı "FORD"u yolun kənarında saxlayıb maşından düşən sürücünü-Şəkinin Aran kənd sakini, 53 yaşlı Valeh Yasin oğlu Əhmədovu diqqətsizlikdən Neftçala rayon sakini Niyaməddin Fərhad oğlu İsmayılovun idarə etdiyi "BMW" markalı, 90 LC 318 dövlət nömrə nişanlı minik maşını vurub. Hadisə nəticəsində aşağı ətrafından müxtəlif dərəcəli xəsarətlər alan "FORD"un sürücüsü Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az