Britaniya Fars körfəzinə hərbi gəmi göndərdi

13 Avqust 2019 18:31

Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus "HMS Kent" freqatı Fars körfəzinə yola düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bölgədə "HMS Duncan" gəmisini əvəz edəcək.

"HMS Kent" ABŞ-la birgə Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi ilə əlaqədar müşahidə missiyasını həyata keçirəcək.

Bundan başqa, freqat Hörmüz boğazından keçən Böyük Britaniya gəmilərini müşayiət edəcək.

Milli.Az