2 “Mercedes” toqquşdu, 7 nəfər xəsarət aldı - FOTO

13 Avqust 2019 18:03

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az