Elektron siqaretlər və qəlyanlar qadağan edilir

15 Avqust 2019 08:55

Qəlyandan istifadə zamanı, tütün istifadəsində olduğu kimi kanserogen maddələr əmələ gəlir. Buna görə, belə bir tüstü ətrafdakılar üçün də ziyanlıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, elektron siqaretlərdə yanma məhsulu azdır. Lakin bu demək deyil ki, onlar ziyansızdır. Onlardan istifadə edildiyi zaman özünə xas tüstü əmələ gəlir. Bu aerozoldur. Aerozol qliserindən, digər yağlı maddələrdən və qlikollardan ibarətdir. Bu maddələr qəlyan istifadəçiləri və ətrafdakılar üçün olduqca zərərlidir. Bu maddələr nəfəs yollarının selikli qişasını zədələyir. Elektron siqaretlərin aerozollarında akrolein kanserogeni mövcuddur. Bu kanserogen ciyərlərin xroniki xəstəliyinə və pnevmoskleroz xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.

Milli.Az