Yaranı yaxşılaşdırmaq üçün bədən istiliyini istifadə edən band

15 Avqust 2019 08:46

Harvard Universitetinin elm insanları, yaraların yaxşılaşma sürətini artıracaq və hər hansı bir əks təsir meydana gətirmədən yaranı müalicə edəcək bir band üzərində işləyirlər.

Bir neçə istisnanı saymasaq, bandların ümumiyyətlə yaranı yaxşılaşdırmaq üçün deyil yaranın üstünü bağlamaq üçün istifadə edildiyini söyləyə bilərik. Ancaq araşdırmalar nəticəsində ortaya çıxan bir band yaraları yaxşılaşdırır. İstilik ilə aktivləşən "Aktiv yapışqan band" adı verilən band embriyon dərini təqlid edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, embrionlar, inkişaflarında müəyyən bir nöqtəyə qədər dəri yaraları yaxşılaşınca iz buraxmır. Bunun səbəbi, bu kimi yaraların ətrafındakı dəri hüceyrələrinin, "aktin" olaraq bilinən bir zülaldan edilmiş liflər çıxarmasıdır. Bu liflər büzülərək kənarlarını bir araya gətirir və yaranı yaxşılaşdırır. Beləcə hər hansı bir yara toxuması meydana gəlmir.

Monrealda MakQill Universitetində həmkarları ilə birlikdə işləyən Harvard Universitetinin elm insanları, bu müddəti bir bandda təqlid etməyə başladılar. Əldə edilən aktiv yapışqan bandaj, gümüş nano hissəciklər və "PNIPAm" olaraq adlandırılan istiliyə dayanıqlı bir polimer əlavə olunmuş bir yosun törəməsi olan yapışqan alcinat hidrogeldən edilmişdir. Bu polimer su krçirməməkdən başqa, eyni zamanda 32 °C istilikdə daralır.

Potensial olaraq infeksiyaya səbəb olan bakteriyaların çoxu da gümüş nano hissəciklər tərəfindən öldürülür.

Milli.Az