NASA insanlardan Aya ağır yük göndərmək üçün fikir istəyir

15 Avqust 2019 08:59

NASA Ayda görüləcək işlər üçün daşımağı planlaşdırdığı ağır yükləri kosmosa apara bilmək üçün insanlardan həllər fikirləşməyi gözləyir.

Amerika Milli Aviasiya və Kosmos Agentliyi (NASA), yaxın zamanda Aya təkrar bir uçuş reallaşdırmağı və Ay üzərində işlər görməyi məqsədi qoyub. Keçmişdə hər işini öz daxilində həll edən NASA, indi irili xırdalı bir çox işi xüsusi sektora həvalə edir. Agentlik indi şirkətlərə yeni bir iş fürsəti təqdim edir. Bu fürsətdən faydalanacaq olan şirkətin ağır bir yük altına girəcəyi isə qətidir.

NASA gələcəkdə planetimizin peykinə ağır yüklər apara biləcək bir vasitə axtarır. Bu texnoloji və elmi yükləri etibarlı bir şəkildə çatdıra biləcək, Aya yenidən ayaq basmağı təmin edəcək Artemis layihəsinin bir hissəsi olacaq vasitələr axtarılır.

NASA 2024-cü ilə qədər Aya təkrar insan göndərməyi məqsəd qoyur. Bu əsnada da şirkətlərdən ən effektiv şəkildə Ay səthinə yük daşıyacaq üsulu tapmalarını istəyir.

Agentlik son illərdəki böyük elmi ixtiralara baxmayaraq, hər il daha da daralan bir büdcə ilə işləmək şərtində qalır. Bu da yeni elmi kəşflərin edilməsi üçün NASA-nı daha çox ticari fəaliyyətlərin içində olmağa təşviq edir.

Milli.Az