Göz qırpımı ilə kiçilib böyüdülə bilən robot-linza

15 Avqust 2019 08:11

Elm insanları, kiçik göz hərəkətləri ilə idarə edilə bilən robot-linza yaratdı. Bu linza, göz qırpmaqla görünüşü yaxınlaşdırıb uzaqlaşdırır.

Araşdırmaçılar axır ki, insan gözünü robot olaraq da istifadə ediləcək linzalar yaratmağı bacardı. Bu linzalar, insan gözündəki təbii elektrik siqnallarını qəbul edərək reaksiya verir. Linzalar, göz bağlı olduğu halda belə aktivləşir.

Linzalar San-Diyeqoda Kaliforniya Universitetinin araşdırmaçıları tərəfindən hazırlandı. Elektro-okuloqrafik siqnal adı verilən və gözdə yaranan potensial elektrik cərəyanını istifadə edən linza, bu axında yaşanan dəyişməyə görə reaksiya verir. Araşdırmanın başındakı adlardan olan Şenqqianq Cai, verdiyi şərhdə bir çox adamın, görmədikləri anlarda belə göz kürələrini hərəkət etdirdiklərini və elektro-okuloqrafik siqnallar çıxardıqlarını deyir.

Linza, elektrik cərəyanı verildiyində genişləyən polimerlərdən edildi. Linza, gözü əhatə edən 5 elektrod tərəfindən nəzarət edilir. Bu elektrodlar əzələ kimi hərəkət edir.

Araşdırmaçılar, bu texnologiya sayəsində gələcəkdə daha da inkişaf etmiş protez gözlər ya da kameralar edilə biləcəyinə inanır. Bu kameralar yalnız gözlə idarə edilə biləcək.

Milli.Az