Bioloqlar ağcaqanadların çoxalmasının qarşısını alan üsül tapıb

15 Avqust 2019 08:01

İki il ərzində Çin alimləri Quancou adalarında "Aedes albopictus" növünə aid ağcaqanadların tamamilə kökünü kəsib. Entomoloqlar ağcaqanadların aradan aparıldıqdan sonra adalarda ekosistem prosesini nəzarətdə saxlayır. Heç bir dəyişkənliyin olmadığı halda, ağcaqanadların təmizlənməsi ölkə üzrə başlayacaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sözügedən ağcaqanadlar denqe-çikunqunya hərarəti, zika kimi təhlükəli virus daşıyıcılarıdır. Bu xəstəliklər əsasən oynaqların iltihabı ilə özünü göstərir. Zolaqlı ağcaqanadlar nəzarətsiz halda çoxaldıqlarına görə, alimlər onlara qarşı radiasiya ilə mübarizə aparmaq qərarı almışdır. Müəyyən ərazilərdən tutulmuş erkək ağcaqanadlar laboratoriyalarda az miqdarda şüalandıraraq, əvvəlki yerlərinə buraxılırdı. Çoxalma inkişafı azaldığından ağcaqanadların ümumi sayı da azalmağa başlamışdır.

Digər bir bakterial üsul kimi "volbaxii" bakteriyalarından istifadə edilmişdir. Onlar həşaratların əsas yaşadığı yerlərə səpilirdi. Bu bakteriya heyvanlar və bitkilər üçün ziyanlı deyil. 13 həftədən sonra adada bircə dənə də olsun ağcaqanad yumurtası tapmaq çətin idi. Artıq 2 ildən sonra əhalinin 97%-i ağcaqanad dişləmələrindən qurtulmuşdur.

Milli.Az