Məhəmməd Mirzəlinin dişlərinə görə 2876 avro pul xərcləməsi partiya sədrini şoka saldı: "O, pis-pis intim işlərlə məşğul olur" - FOTO

13 Avqust 2019 12:27

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Fransada siyasi mühacir həyatı yaşayan Məhəmməd Mirzəlinin dişlərini müalicə etmiş həkimə 2876 avro pul verməsindən danışıb. 

Milli.Az bildirir ki, Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında dediyinə görə, Məhəmməd Mirzəliyə o qədər pulu erməni kəşfiyyatı ötürüb.

Onun sözlərinə görə, həmin pulların əvəzində Məhəmməd Mirzəli və onun kimi digər xaricdə gizlənən şəxslər Azərbaycana qarşı böhtan kampaniyaları aparmaq öhdəliyi götürürlər:

"Əziz xalqım, açın gözlərinizi diqqətlə baxın. Məhəmməd Mirzəli xaricə qaçıb Azərbaycanı söyür, guya əhalinin qeydinə qalır, amma özü diş həkiminə o qədər pul verir. Hardandır onda o qədər pullar? Təbii ki, ona xarici kəşfiyyatdan, erməni kəşfiyyatından verilən pullardır. İndi Məhəmməd Mirzəli özü özünü ifşa edir. Mən bu yaşıma çatmışam, amma 100 manat pul tapa bilmirəm ki, gedib dişlərimi düzəldim. Lap milyonum olsa belə, ömrümdə heç zaman diş həkiminə 2876 avro pul vermərəm. Bu, 6 000 manata yaxın pul deməkdir. Adam o qədər harın və ya başdan xarab olsun ki, diş həkiminə 6 min manat pul versin".

Partiya sədri Məhəmməd Mirzəlini xoşagəlməz hərəkətlərlə məşğul olmaqda da ittiham edib:

"Məhəmməd Mirzəli cavan uşaqdır, amma indidən dişləri çürüyüb. Görünür, onun dilində və dişlərində problemləri var, pis-pis intim işlərlə məşğul olur".

Milli.Az