Hyundai şirkəti üçüncü nəsil i10 hetçbekinin ilk tizerini dərc edib - FOTO

24 Avqust 2019 21:30

Bu gün Hyundai şirkəti üçüncü nəsil i10 hetçbekinin ilk tizerini dərc edib. Avropa bazarında satılan hetçbekin növbəti nəslinin prototipləri artıq dəfələrlərə fotocəsuslar tərəfindən ümumi istifadə yollarında yaxalanıblar. Yeni Hyundai i10 hetçbeki sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda debüt edəcəkdir.

Tizerdən də göründüyü kimi, Hyundai i10 modelinin üçüncü nəsli tamamilə yeni eksteryer dizaynına malik olub və sələfi ilə heç bir oxşar nöqtələri yoxdur. Yeni hetçbekin ən nəzərə çarpan elementləri yan tərəflərində yumru formalı gündüz hərəkət işıqları yerləşdirilmiş radiator barmaqlığı, üçbucaqlı hava girişləri olan ön bamper, ön və arxa qanadlara güclü formalar bəxş edən çıxıntılardır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, tizerdəki avtomobilin çox aqressiv dizayna malik olmasına baxmayaraq, seriya modellərində bu aqressivlik o qədər də qabarıq olmayacaqdır. Bunu avtomobilin kamuflyajlı prototiplər nümayiş etdirir. Çox güman ki, aqressiv kuzov dəstinə malik olan hetçbek gələcəkdə N bölümü tərəfindən hazırlansın.

Üçüncü nəsil Hyundai i10 modelinin texniki hissəsi barədə məlumat verilməyib. Avtomobilin Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi, smartfonların naqilsiz doldurulması sistemi və arxa görüntü kamerası ilə təchiz ediləcəyi söylənilir. Bundan başqa, hetçbek tərkibinə zolaqda saxlama funksiyası, öndən qəzaları xəbərdar edən sistem və avtomatik uzaq işıqları daxil olan çoxsaylı elektron yardımçılara da malik olacaq.

Milli.Az