8 otaqlı ev yanıb

13 Avqust 2019 09:54

Füzulidə 8 otaqlı ev aynıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Horadiz şəhərində ümumi sahəsi 252 m² olan ikimərtəbəli 8 otaqlı evin 6 otağının yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az