Pakistan Kəşmir münaqişəsinə görə Hindistan ilə sərhəd ərazilərə hərbi texnika yerləşdirir

12 Avqust 2019 21:25

Pakistan Kəşmir münaqişəsinə görə Hindistan ilə sərhəd ərazilərə hərbi texnika yerləşdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Pakistanın üç "C-130" hərbi təyyarəsi Skardu hərbi bazasına müasir texnika, silah və sursat daşıyıb.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.

Milli.Az