Murat eskort qadınla sevgilidir? - FOTO

12 Avqust 2019 20:18

Türkiyəli biznesmen Murat Nalçacıoğlunun yeni sevgilisi Samiya Axmetovanın şəkilləri eskort-xidmətlər təklif edən xarici saytda aşkar olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin saytda qadının xidmət qiymətləri də göstərilib. Lakin onun adı Samiya kimi deyil, Yuliya kimi qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl Samiya Axmetova ilə sosial şəbəkədə fotosunu paylaşan Murat ona sevgisini etiraf etmişdi. Onlar bərabər şəkildə Balear adalarında (İspaniya) görüntülənmişdi.

Qeyd edək ki, Murat Natçacıoğlu Ukraynanın xalq artisti, müğənni Ani Lorakın keçmiş həyat yoldaşıdır. Eks-cütlüyün 10 illik nikahından Sofiya adlı qız övladı var.

Milli.Az