“Hercai”nin məşhur aktrisası TAİLANDDA - FOTO

12 Avqust 2019 19:18

"Hercai" serialı sayəsində böyük populyarlıq qazanan Ebru Şahin Pxuket adasına yollanıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, aktrisa tətil fotolarını sosial şəbəkədə izləyiciləri ilə paylaşır. Ebru Şahinin ağır yük çantası ilə Pxuket adasında dolaşması diqqət çəkib.

Qeyd edək ki, aktyor İsmayıl Hacıoğlu ilə "Şüursuz eşq" filmində tərəf müqabili olan aktrisanın çəkilişləri ötən həftə başa çatıb.

Ebru "Hercai" serialının yeni mövsüm çəkilişləri üçün gələn həftə Mardinə yola düşəcək.

Milli.Az