Bu şorbanı dietoloqlar arıqlamaq məqsədilə tövsiyə edirlər

17 Avqust 2019 23:35

Şorbanın tərkibi vitaminlərlə zəngin olmaqla yanaşı, həm də həzm sistemini sürətləndirmək və bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Hazırlamaq üçün aşağıdakılar lazımdır:
* 1 xörək qaşığı zeytun yağı
* 1 dəstə ispanaq yarpaqları
* 1 diş sarımsaq
* 1 ədəd ortaboy soğan
* 1 ortaboy yerkökü
* 200 qram yaşıl noxud
* 2-3 pomidor
* cəfəri (zövqə görə)
* makaron və ya vermeşil
* toyuq bulyonu.
Toyuq bulyonunu hazırlamaq üçün 200 qram yağsız toyuq əti zəif odda 2 saat qaynadılır. Bu müddət ərzində ispanaq, yerkökü, soğan, tavada zeytun yağında yüngül pörtlədilir, amma qızardılmır. Sonra sarımsaq əlavə edilir, 5 dəqiqə sonra tavadakılara yaşıl noxud əlavə edilib qarışdırılır. 15 dəqiqə sonra şorba odun üstündən götürülür.

Milli.Az