Mədə və onikibarmaq bağırsaq xorasının ağırlaşmaları

17 Avqust 2019 23:40

Xora xəstələrinin bəzilərində güclü ağrılar zamanı qusma baş verir.Bu zaman turş mədə möhtəviyyatı xaric olur və xəstə yüngülləşir.Bəzən xəstələr özləri məcburi olaraq özlərini qusdurmaqla ağrının aradan qalxmasına nail olurlar.
Əlverişsiz amillərin təsiri altında xəstəlik ağırlaşmalar verə bilir.
Fiziki gərginlik,həddindən artıq alkoqol qəbulu,ulserogen müalicə preparatlarının qəbulu ağırlaşmalara səbəb olur.Mədə və onikibarmaq xorasının ağırlaşmaları aşağıdakılardır:
* qanaxma
* xoranın perforasiyası
* xoranın penetrasiyası
* perivisseritin əmələ gəlməsi
* mədənin onikibarmağa keçən hissəsində stenozun formalaşması
* xoranın maliqnizasiyası
Xora xəstəliyi olan xəstələrin 20%-ində qanaxmalar baş verir.Bu zaman kliniki olaraq qanlı qusma,qətrana bənzər nəcis və kəskin qanitirmə əlamətləri üzə çıxır.Bu zaman mədədən gələn qusuntu qəhvəyə bənzər şəkildə olur.Xəstə kəskin qanitirmədən hipovolemik şoka düşür.
Perforasiya mədə xorasının ən ağır fəsadlarından sayılır.Bu ağırlaşma təxirəsalınmaz əməliyyat tələb edir.Kişilərdə qadınlara nisbətən 10-20 dəfə çox baş verir.
Penetrasiya xoranın qonşu orqanlar və toxumalara yayılmasıdır.Perforasiyanın klinikası xoranın dərinliyindən və hansı orqana yayılasından asılıdır.
Xora xəstəliyinin 15%-i xəstələrdə stenozla ağırlaşır.Ən çox mədə çıxacağının və postbulbar stenoza təsadüf edilir.Stenoz mədənin evakulator funksiyasının pozulması ilə müşahidə edilir.Stenoz zamanı qida qəbulundan sonra xəstənin epiqastral nahiyəsində kəskin ağrı olur.Belə xəstələr üçün gəyirmə və dünəndən qalmış qidanı qusmaq xarakterik sayılır.
Perivisserit xora xəstəliyi zamanı mədə və onikibarmaq bağırsaqla qonşu orqanlar(mədəaltı vəzi,qara ciyər,öd kisəsi) arasında inkişaf edən bitişmə prosesidir.Pervisserit çoxlu yemək qəbulu ilə fiziki gərginlik və bədən silkələnməsi zamanı artan ağrılarla xarakterizə olunur.Bu zaman onikibarmaq bağırsağın hərəkətliliyi məhdudlaşır və deformasiyalaşır.
Xoş xassəli xoranın maliqnizasiyası nadir hallarda təsadüf olunan ağırlaşmadır.Xoranın maliqnizasiyasını çox hallarda səhvən mədənin infiltiratifv-xoralı formasını differensasiya etmək çox çətindir.
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyini aşkar etmək üçün rentgenoloji və endoskopik üsuldan istifadə edilir.

Milli.Az