Gözdə rast gəlinən ən geniş yayılan problemlərdən biri də astiqmatizmdir.
Astiqmatizm gözün optik sisteminin defekti sayılır. Bu, gözün şüa sındırma qüvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Astiqmatizmin əsas səbəbi buynuz qişasının qeyri- sferik olmasıdır.
Bu zaman əsas problemlərdən biri yaxın və uzaq məsafəni dumanlı görməkdir.
Mütəxəssislərə görə, sadə bir testlə özümüzdə astiqmatizm olub-olmadığını öyrənə bilərik.
Milli.Az e-tibb.az-a istinadən oftalmoloq Anar Quliyevin bununla bağlı açıqladığı testi təqdim edir:
Astiqmatizm göz testi
Gündəlik həyatda istifadə etdiyiniz eynək, kontak linzalar varsa, gözünüzə, taxın
Telefonunuzu göz səviyyəsində saxlayın
Əvvəlcə sağ gözünüzü bağlayın, sonra sol gözünüzü
Əgər bütün xətləri eyni dərəcədə görürsünüzsə, sizdə astiqmatizm yoxdur.
Əgər hər hansı xətlər aydın və ya hər hansı xətlər aydın deyilsə, sizdə astiqmatizm ola bilər...
Milli.Az