S-400 komplekslərinin ikinci partiyası nə vaxt gətiriləcək? - Türkiyə MN açıqladı

12 Avqust 2019 14:18

"Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının tədarükü avqust-sentyabrda həyata keçiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.

Müdafiə naziri qeyd edib ki, Türkiyənin öz hava məkanını müdafiə etməyə ehtiyacı var.

Qeyd edək ki, iyulun 12-də S-400-lərin ilk partiyası Rusiyadan Türkiyəyə tədarük olunub.

Milli.Az