Uşağın qarnı müəmmalı şəkildə şişir, həkimlər çarə bilmir - Tibdə kuryoz

12 Avqust 2019 20:33

15 yaşlı oğlanın qarnı 7 yaşından köpməyə və böyüməyə başlayıb. Uşağı bu vaxta kimi onlarla həkimə aparsalar da, heç kim dəqiq diaqnoz qoya bilmir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Hindistanın Bihar ştatının sakini Sudcit Kumar ildən ilə qarnının böyüdüyünü bildirir. 

Uşaqda mədə-bağırsaq problemləri də çoxdur: diareya, qusma, reflüks, öd və s. Həkimlər yalnəz ağrı və simptomları müvəqqəti kəsməyə nail olur. 
Ailə bildirir ki, paytaxta gedib bahalı klinikalarda dəqiq müayinələrdən keçməyə pulları yoxdur. Sudcitə qarnı həm məktəbdə, həm də işdə çətinlik yaradır. Onun anomal görünüşü yaşıdlarının ələ salmasına səbəb olur. 

Lakin bütün bunlara baxmayaraq oğlan ümidini itirmir. İndi o mexaniklik edir, velosiped zabodunda işə düzəlib.

İş yoldaşları ona dəstək olur, gülmür. O ümid edir ki, tezliklə pul toplayıb, normal müayinələrə gedə biləcək.

Milli.Az