Qaxda 2 otaqlı ev yanıb

12 Avqust 2019 10:49

Qaxda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Aşağı Malax kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb.

Mİlli.Az