"Sədərək"də taksini qaçıran yaxalandı

13 Aprel 2010 11:56
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, cinayət hadisəsi martın 25-də Lökbatan qəsəbəsi ərazisində baş verib.

Naməlum şəxs "Sədərək" ticarət mərkəzində Emin Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qismində əyləşib və bıçaqla ona hədə-qorxu gələrək əlinə xəsarət yetirib. Sonra sükan arxasına əyləşərək hadisə yerindən uzaqlaşıb. Avtomobil elə həmin gün Sulutəpə qəsəbəsi ərazisində tapılıb. 

Qaradağ rayon Polis İdarəsininn 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ayaz İsmayılov tutulub.

Anar Məmmədov
Milli.Az