Sərbəst güləş üzrə Açıq Kubok başa çatıb

11 Avqust 2019 20:00

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Açıq kubok yarışına yekun vurulub.

AGF-dan Milli.Az-a daxil olan məlumata görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən turnirdə yeniyetmə sərbəst güləşçilər 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəkilərdə mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb.

Yarışda yüksək nəticə göstərən Musa Verdiyev (45 kq, Gəncə), Mahir Məmmədov (48 kq, Şamaxı-Sərhədçi), Fəqan Mirzəyev (51 kq, Cəlilabad-Gömrükçü), Camal Qasımov (55 kq, Həyat-Sərhədçi), Cavidan Əhmədov (60 kq, Sumqayıt), Zeyqəm Qurbanov (65 kq, Şamaxı-Sərhədçi), Sadiq Abbasov (71 kq, Cəlilabad-Gömrükçü), Əli Əmirov (80 kq, Şamaxı-Sərhədçi), Xəlil Allahverdiyev (90 kq, Qazax-Sərhədçi), Murad Bəhlulzadə (110 kq, Sərhədçi) qızıl medala layiq görülüblər.

Yekun nəticələrə görə, "Sərhədçi" komanda hesabında birinci olub. Gəncə və Şamaxı komandaları isə ikinci və üçüncü yerləri tutublar.

Milli.Az