Gürcüstanda turistlərin olduğu avtomobil yandı

11 Avqust 2019 18:19

Qori şəhəri yaxınlığında Tbilisi-Senaki-Leselidze şossesində içərisində turistlər olan avtomobil yanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı xəbər verib. İnsident nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Turistlərin Hindistandan olduğu bildirilib.

Hadisə yerinə yanğınsöndürən cəlb olunub.

Milli.Az