Əmirəl-mömininin təsbihatı necədir?

13 Avqust 2019 23:55

Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra:

10 dəfə "Subhənallah".
10 dəfə "Əlhəmdulilləh".
10 dəfə "Allahu Əkbər".
10 dəfə "Lə iləhə iləllah" demək.
Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: "Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?".

Bəra deyir: "Bəli".

Həzrət Əli (ə) də ona yuxarıdakı təsbihi öyrədir və sonra buyurur: "Hər kim hər namazdan sonra bu təsbihi edərsə, Allah ondan min dünya bəlasını uzaq edər ki, onların ən asan olanı - dindən qayıtmaqdır. Axirətdə onun üçün min mənzil hazır edər ki, o mənzillərdən biri - Peyğəmbərin (s) qonşuluğundadır". (Beytutə saytı)

Allah Təala bizləri zikr əhlindən qərar versin, inşəallah!

Milli.Az