“Səfirin qızı”ndan hər həftə 200 min qazanacaq

11 Avqust 2019 12:47

Yeni mövsümdə "Sefirin Kızı" serialı ilə ekrana çıxacaq aktyor Engin Akyürekin nə qədər qazanacağı ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Türkiyə ilə yanaşı xaricdə də sevilən Engin Star TV-də yayımlanacaq ekran işində Neslihan Atagüllə tərəf müqabili olacaq.

Akyürek bu layihədən qazanacağı məbləğlə hamını geridə qoyub. Belə ki, aktyor serialın hər bölümündən 200 min lirə alacaq.

Milli.Az