Hindistanda fəlakət: 100 nəfər öldü

11 Avqust 2019 09:45

Hindistanın üç ştatında güclü yağış səbəbindən daşqınlar nəticəsində 100-dən çox insan həyatını itirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, Kerala ştatında ölənlərin sayı 51-ə çatıb, 100 nəfərdən çoxu təxliyə edilib.

Maxaraştra və Karnataka ştatlarında müvafiq olaraq 29 və 24 nəfər həlak olub.

Milli.Az